...

Bakıda külli miqdarda haloqramsız disklər satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 17:51 (UTC +04:00)
Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən Bakı şəhərinin bir sıra audio disk satışı obyektlərində səyyar vergi yoxlamaları həyata keçirilib.
Bakıda külli miqdarda haloqramsız disklər satışdan çıxarılıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən Bakı şəhərinin bir sıra audio disk satışı obyektlərində səyyar vergi yoxlamaları həyata keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən cümə günü trend-ə verilən məlumata görə, aparılan vergi yoxlamaları nəticəsində Sadıxov Elşad Məmməd oğluna məxsus Nəsimi rayonu, Xətai prospekti 2, mənzil 2, Abdinova Suğra Akif qızına məxsus Yasamal rayonu, Xaqan Dadaşov, ev 221, Rəhimov Hafiz Rəhim oğluna məxsus Nəsimi rayonu, Süleyman Rəhimov, ev 197, mənzil 18 və Bayramov Aslan Tofiq oğluna məxsus Nizami rayonu, R.Rüstəmov, 44D və Nərimanov rayonu, A.Nemətulla, 49 Q ünvanlarında yerləşən audio disk satışı obyektlərində mənşəyi və istehsal yeri məlum olmayan ümumilikdə 247 704 ədəd CD və DVD diskləri aşkar olunub, onların 146 621 ədədinin haloqramsız olduğu müəyyən edilib.

Aşkar edilmiş ümumi dəyəri 202 802 manat olan 146 621 ədəd haloqramsız CD və DVD satışdan çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti