...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2012 14:31 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti epizootiyaya qarşı tədbirlərin keçirilməsi məqsədilə tender elan edib.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tender elan edib

Azərbaycan, Bakı, 3 mart /Trend müxbir Ə.Həsənov/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti epizootiyaya qarşı tədbirlərin keçirilməsi məqsədilə tender elan edib.

Tender 2 lot üzrə keçirilir:

- lot 1: Bioloji preparatların alışı;
- lot 2: Diaqnostik avadanlıq, alətlər, sarğı materialları və dezinfeksiya maddələrinin alışı.

Birinci lotda iştirak haqqı 1700 manat, ikinci lotda isə 500 manat təşkil edir.

Tenderin qalibi sadalanan preparat və materialları Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə 2012-ci il dekabrın 31-nə qədər təqdim etməlidir.

Daha sərfəli qiymət, yaxşı keyfiyyət təklif edən, analoji işlərdə təcrübəsi, texniki və material imkanları olan iştirakçılara üstünlük veriləcək.

Tender sənədləri 2012-ci il aprelin 9-u saat 17:00-a qədər təqdim edilməlidir və aprelin 10-u saat 15:00-a qədər açılmalıdır. Sənədlər aşağıdakı ünvana təqdim edilə bilər: Bakı ş., Binəqədi rayonu, 8-ci mikrorayon, 3123 məhəllə, Dövlət Baytarlıq Xidməti. Əlaqələndirici şəxs-N. Abbasov. Telefon: (012) 563 41 67, faks: (012) 562 66 06; 562 18 76.

Xəbər lenti

Xəbər lenti