...

Oqtay Əsədov: 2011-ci ildə Azərbaycan iqtisadiyyatı stabilliyi və makroiqtisadi tarazlığı qoruyub saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 13:17 (UTC +04:00)
2011-ci ildə Azərbaycan iqtisadiyyatına bütün mənbələrdən 21,7 milyard dollar, o cümlədən ölkənin qeyri-neft sektoruna 15,7 milyard dollar sərmayə qoyulub.
Oqtay Əsədov: 2011-ci ildə Azərbaycan iqtisadiyyatı stabilliyi və makroiqtisadi tarazlığı qoruyub saxlayıb

Azərbaycan, Bakı, 16 mart / Trend, müxbir A.Axundov /

2011-ci ildə Azərbaycan iqtisadiyyatına bütün mənbələrdən 21,7 milyard dollar, o cümlədən ölkənin qeyri-neft sektoruna 15,7 milyard dollar sərmayə qoyulub. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin plenar iclasında, hökumətin 2011-ci ilin yekunları üzrə hesabatının müzakirəsində spiker Oqtay Əsədov deyib.

"İqtisadiyyata investisiyaların 72 faizi qeyri-neft sektorunun payına düşür", - Əsədov deyib.

Onun sözlərinə görə, bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxu Azərbaycan ÜDM-nin payına düşür.

"2011-ci ildə adambaşına ÜDM-in həcmi 7 milyon dolları ötüb", - Əsədov deyib.

Onun sözlərinə görə, 2011-ci ildə dünya bazarlarındakı böhran şəraitində Azərbaycan öz iqtisadiyyatının stabilliyini və makroiqtisadi tarazlığı qoruyub saxlayıb.

"Bu həmçinin beynəlxalq maliyyə təşkilatları və reytinq agentlikləri tərəfindən də qeyd olunub", - Əsədov deyib.

Hökumətin hesabatını Baş nazir Artur Rasizadə təqdim edib.

Xəbər lenti

Xəbər lenti