Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Axundov/
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi 2 milyon 400 min şəxsi əmanət hesablarının sahibləri olan əmanətçiləri əhatə edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
"Bunun üçün 1 milyard manata yaxın vəsait tələb oluna bilər", - məlumatda deyilir.
Birdəfəlik ödəmənin verilməsi məsələsi ilə bağlı nazirliyin "qaynar xətt"i - (012) 404 46 03 və [email protected] elektron ünvanı vasitəsilə əlaqə yaratmaq olar.