...

Müvəkkil bank AzSSR-in Əmanət Bankında əmanətlərin verilməsinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 13:57 (UTC +04:00)
Azərbaycan bankı "Kapital Bank" varisi olduğu keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işlərinə başlayıb.
Müvəkkil bank AzSSR-in Əmanət Bankında əmanətlərin verilməsinə hazırlaşır

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan bankı "Kapital Bank" varisi olduğu keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işlərinə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun rəsmi mətbuatda dərc edilən müsahibəsində deyilir.

"20 il ötüb və bu dövr ərzində müəyyən dəyişikliklər baş verib. Bəzi sənədlər hüquqi qüvvəsini itirib. Əmanətlərin həyata keçirildiyi kassaların bağlanması ilə əlaqədar əmanətçilər haqqında arxiv sənədlər bankın struktur şöbələrindən birindən digərinə və ilaxır dəyişdirilib. Xüsusilə ölkənin işğal edilmiş ərazilərindən olan əmanətçilər haqqında arxiv sənədlərin alınmasının mümkünsüzlüyü ciddi problemlər yaradır. Bu çətinliklərə baxmayaraq, "Kapital Bank" qərarda göstərilən vəzifələrini yerinə yetirmək üçün bütün imkanlardan istifadə edir və bu prosesi vətəndaşlar üçün maksimum rahat formada həyata keçirməyə çalışacaq. Bu məqsədlə bank qərarın qüvvəyə mindiyi gündən etibarən hazırlıq işlərinə başlayıb" , - Məmmədov deyib.

Onun sözlərinə görə, bank əmanətlərin qısa müddətdə qaytarılması üçün və əmanətçilər tərəfindən minimum səy göstərilməsi şərtilə mexanizmlərin yaradılması üzrə iş aparır.
2005-ci ildə 1992-ci il yanvarın 1-dək həyata keçirilən 1939 min əmanət hesabının inventarizasiyası (siyahıya alınma) aparılıb. Qalan 460 min əmanət üzrə arxiv sənədlərdə qeyri-dəqiqliklərin mövcudluğu səbəbindən hazırda onların dəqiqləşdirilməsi zərurəti var.

"Nəticədə bu iki göstəricinin cəmi 1992-ci il yanvarın 1-nə 2399 min hesabın mövcudluğu haqqında danışmağa əsas verir. Lakin onu da nəzərə almaq lazımdır ki, 2005-ci ildən sonuncu qərarın imzalanması tarixinə qədər olan dövrdə hesabların bağlanması halları olub. Bütün bu amillər nəzərə alınmaqla hazırda ümumi məlumatların təkrar dəqiqləşdirilməsi üzrə iş aparılır", - Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti