...

Azərbaycan sığortaçısı nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 14:17 (UTC +04:00)
Azərbaycanın sığorta şirkəti "Əmrah Sığorta" nizamnamə kapitalını 4,5 milyon manatdan 4,738 milyon manatadək artırır.
Azərbaycan sığortaçısı nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Əmrah Sığorta" nizamnamə kapitalını 4,5 milyon manatdan 4,738 milyon manatadək artırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətdən məlumat verilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Əmrah Sığorta" ASC-nin 238 min manatlıq adi adlı sənədli səhmlərinin emissiya prospekti qeydiyyata alınıb. Bu barədə Bakı Fond Birjasının çərşənbə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olmaqla 1190 səhm buraxılıb.

Sövdələşmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

İki fiziki şəxs tərəfindən təsis olunan "Əmrah Sığorta" şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir

Xəbər lenti

Xəbər lenti