Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/
Azərbaycan ümumilikdə yalnız Rusiya Federasiyası deyil, həm də ayrı-ayrılıqda onun subyektləri ilə münasibətləri inkişaf etdirir.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Çeçenistan biznes forumunda çıxışı zamanı Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.
"Azərbaycan və RF arasında siyasi münasibətlərin yüksək səviyyəsi, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyədə görüşlərin tez-tez keçirilməsi ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafına güclü təkan verir", - Səfərov qeyd edib.
Onun sözlərinə görə, iqtisadi münasibətlərin inkişafı üçün yaxşı hüquqi-normativ baza mövcuddur.
"Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilir, buna görə də RF-nin və onun subyektlərinin ölkəmizə marağı artır", - Səfərov deyib.