...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2012 12:17 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,7862 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

26 mart

0,7863

2 aprel

0,7863

27 mart

0,7863

3 aprel

0,7863

28 mart

0,7862

4 aprel

0,7861

29 mart

0,7862

5 aprel

0,7861

30 mart

0,7862

6 aprel

0,7862

Həftə ərzində orta

0,78624

Həftə ərzində orta

0,7862

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalaraq 0,7857 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 2-də 0,7857 AZN/USD məzənnə $0,92 mln., aprelin 3-də 0,7857 AZN/USD məzənnə $2,22 mln., aprelin 4-6-da sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7857 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

26 mart

0,7856

2 aprel

0,7857

27 mart

0,7856

3 aprel

0,7857

28 mart

0,7855

4 aprel

0,7857

29 mart

0,7857

5 aprel

0,7857

30 mart

0,7857

6 aprel

0,7857

Həftə ərzində orta

0,78562

Həftə ərzində orta

0,7857

Həftə ərzində Avropa valyutaları ilə sövdələşmələr bərpa edilib. Aprelin 4-də EUR/AZN aləti üzrə bir avroya nisbətdə məzənnə 1,0397 manat olmaqla 300 min avroluq sövdələşmə həyata keçirilib.

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti