...

"Atəşgah Həyat" sığorta zərərinə görə 21 min dollardan çox məbləğ ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 18:15 (UTC +04:00)
"Atəşgah Həyat" sığorta şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 16 771 manat dəyərində növbəti sığorta ödənişini həyata keçirib.
"Atəşgah Həyat" sığorta zərərinə görə 21 min dollardan çox məbləğ ödəyib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Atəşgah" sığorta qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 16 771 manat dəyərində növbəti sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

2011-ci ilin fevralında öz əməkdaşlarını "Atəşgah Həyat" SŞ-də sığortalamış neft şirkətlərindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində 25 faiz əmək qabiliyyətini itirib.

"Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 16 771 manat təşkil edib. Məbləğ zərərçəkmişin özünə təqdim olunub", - məlumatda deyilir.

"Atəşgah Həyat" SŞ-yə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 20-dən artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanunu 2010-cu ilin dekabrından tətbiq olunmağa başlayıb.

"Atəşgah Həyat" SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildə təsis edilib.

Xəbər lenti

Xəbər lenti