...

Azərbaycan transfert qiymətlərinə vergi qoyulmasının tətbiqinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 13:05 (UTC +04:00)
Azərbaycan vergidən yayınma ilə mübarizə məqsəqilə transfert qiymətlərinə vergi qoyulması sahəsində qabaqcıl təcrübəni öyrənir.
Azərbaycan transfert qiymətlərinə vergi qoyulmasının tətbiqinə hazırlaşır

Azərbaycan, Bakı, 18 aprel / Trend, müxbir A.Axundov /

Azərbaycan vergidən yayınma ilə mübarizə məqsəqilə transfert qiymətlərinə vergi qoyulması sahəsində qabaqcıl təcrübəni öyrənir. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin Fiziki şəxslərin qeydiyyatı şöbəsinin rəhbəri Natiq Şirinov çərşənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, transfert qiymətləri iri şirkətlərin törəmə strukturları arasında aparılan əməliyyatlar zamanı yaranır və xərclərin süni artırılmasına gətirib çıxarır.

"Bu, vergidən yayınma üzrə mənfi tendensiyaya çevrilir. Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üçün bu sahədə müxtəlif ölkələrin təcrübəsini öyrənir. Bu, həm Vergi Məcəlləsi, həm də ayrıca lokal qanun layihəsi şəklində ola bilər", - o deyib.

Xəbər lenti

Xəbər lenti