...

"AccessBank" futbol üzrə Avropa çempionatına dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 18:09 (UTC +04:00)
Aprelin 20-dən mayın 15-dək "AccessBank" QSC-dən istənilən növ kredit (mikro və kiçik biznes kreditləri, aqrokreditlər, nağd kreditlər, avtomobil və ipoteka kreditləri) götürən müştərilər, kreditin məbləğindən asılı olmayaraq (100 manatdan 3 milyon manatadək), bankın keçirdiyi lotereyada iştirak edə bilərlər.
"AccessBank" futbol üzrə Avropa çempionatına dəvət edir

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Aprelin 20-dən mayın 15-dək "AccessBank" QSC-dən istənilən növ kredit (mikro və kiçik biznes kreditləri, aqrokreditlər, nağd kreditlər, avtomobil və ipoteka kreditləri) götürən müştərilər, kreditin məbləğindən asılı olmayaraq (100 manatdan 3 milyon manatadək), bankın keçirdiyi lotereyada iştirak edə bilərlər.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.

Nəticədə, mayın 16-da keçiriləcək lotereyada qalib gələcək 12 müştəri, Ukraynada keçirləcək futbol üzrə Avropa çempionatına getmək imkanı əldə edəcəklər. Bu mükafata, aviabiletdən və mehmanxanadan əlavə, VIP səviyyəli biletlər də daxildir ki, bu da stadiona başqalarından ayrılıqda daxil olmaq, furşet və oyunu lojadan izləmək imkanı yaradır.

Lotereyanın qalibləri 3 qrupa bölünərək Ukraynanın Donetsk şəhərində keçiriləcək oyunlarda iştirak edəcək. Birinci qrup Fransa-İngiltərə (11.06.2012), ikinci qrup Ukrayna-Fransa (15.06.2012), üçüncü qrup isə İngiltərə-Ukrayna (19.06.2012) qarşılaşmasına baxacaq.

Bu kampaniya çərçivəsində heç bir müştəri uduzmayacaq. Aprelin 20-dən mayın 15-dək kredit götürən bütün müştərilər son 3 ay üzrə kredit faizini ödəməkdən azad olunur!

"AccessBank" daim öz müştərilərinə əlverişli məhsullar təqdim etməyə çalışır. Bu aksiya sayəsində, əlverişli kredit şərtlərindən əlavə, 12 şanslı müştəri futbol üzrə Avropa çempionatının oyunlarını canlı izləmək imkanı əldə edirlər" , - "AccessBank"ın baş meneceri Endryu Pospilovski bildirib.

"AccessBank" həm Azərbaycanın iqtisadi inkişafına, həm də sağlam cəmiyyətin formalaşmasına müsbət töhfə verməyə çalışır. 2010-cu ildən etibarən "AccessBank" AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın futbol komandalarının, futzal üzrə yığma komandaların, çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının və gənclər yığmasının rəsmi sponsorudur.

Xəbər lenti

Xəbər lenti