...

Koreya şirkətləri Azərbaycanın sənaye potensialının inkişafında iştirak edə bilərlər – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 11:34 (UTC +04:00)
Koreya Azərbaycanın sənaye sektorunun inkişafında iştiraka böyük maraq göstərir.
Koreya şirkətləri Azərbaycanın sənaye potensialının inkişafında iştirak edə bilərlər – nazir müavini

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov /

Koreya Azərbaycanın sənaye sektorunun inkişafında iştiraka böyük maraq göstərir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən I Azərbaycan-Koreya sənaye forumunun gedişində Koreyanın Sənaye Avadanlıqları İstehsalçıları Assosiasiyasının prezidenti Sunq Ok Li bildirib.

Onun sözlərinə görə, Koreya şirkətləri dünya maliyyə-iqtisadi böhranına baxmayaraq, öz mövqelərini qoruyub saxlayıblar və Azərbaycanın sənaye sektorunun inkişafında iştirak etmək üçün böyük təcrübə və imkanlara malikdirlər.

"Ölkələrimiz arasında əməkdaşlığın inkişafında Bakıda təşkil olunmuş forum böyük rol oynayır", - Li deyib.

Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun forumda dediyinə görə, son illərdə Azərbaycanın iqtisadi inkişafı yüksək səviyyədədir. Sənaye istehsalının və ölkədə rəqabətədavamlı məhsulların istehsalının inkişafı üçün fəal işlər görülür.

"Bu baxımdan bir çox ölkələrlə, o cümlədən Koreya ilə əməkdaşlığın yoluna qoyulması üzrə işlər aparılır", - Cavadov deyib.

Nazir müavini tikiş sənayesini, tullantıların idarə olunmasını, məişət məhsullarının, lampaların, tikinti materiallarının istehsalını və başqa sahələri Koreya şirkətlərinin iştirak edə biləcəyi sahələr adlandırıb.

Xəbər lenti

Xəbər lenti