...

Azərbaycanda ipoteka istiqrazlarına tələbat 10 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 12:40 (UTC +04:00)
24 aprel 2012-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Azərbaycanda ipoteka istiqrazlarına tələbat 10 dəfədən çox artıb

Azərbaycan, Bakı, 25 aprel /Trend /

24 aprel 2012-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Trend-in məlumatına görə, bu barədə BFB-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Hərracda 4 investor iştirak edib. Sifarişlərin ümumi məbləği nominal üzrə 32 663 000 manat təşkil edib. İstiqrazların bütün həcmi tam yerləşdirilib. Sifarişlər 100,3333 faiz qiymətdə təqdim edilib.

Yerləşdirmə 2012-ci ilin yanvarında qeydə alınmış hər birinin nominal dəyəri min manat və üç faizlik illik dərəcə ilə 30 milyon manatlıq emissiyadan aparılıb. Bu günədək istiqrazların həmin emissiyasından 8 milyon manat yerləşdirilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 22 yanvar 2022-ci ildir.

Xəbər lenti

Xəbər lenti