...

Niderland Azərbaycan ilə qeyri-neft sektorunda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 19:26 (UTC +04:00)
Niderland şirkətləri bu gün Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində uğurla işləyir və bu əməkdaşlığı qeyri-neft sektorunun yeni sahələrində inkişaf etdirmək niyyətindədirlər.
Niderland Azərbaycan ilə qeyri-neft sektorunda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S.Ağayeva/

Niderland şirkətləri bu gün Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində uğurla işləyir və bu əməkdaşlığı qeyri-neft sektorunun yeni sahələrində inkişaf etdirmək niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlinde bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökumətinə aqrar, alternativ enerji və su təsərrüfatı sahələrinin inkişafı üzrə məsləhətlər lazımdır və Niderland hökuməti bu köməyi göstərməyə hazırdır.

Səfirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq üçün yeni sahə alternativ enerji ola bilər və Niderland şirkətləri artıq bu sahəyə xeyli maraq göstərirlər.

Uyterlinde qeyd edib ki, ötən il ərzində əmtəə dövriyyəsinin həcmi azalaraq 150 milyon dollar təşkil edib, lakin Niderland Azərbaycana ixracı artırıb.

Bu gün Nideland neft və neft məhsulları əvəzinə Azərbaycana elektrik avadanlıqları və qurğuları tədarük edir.

Xəbər lenti

Xəbər lenti