Azərbaycan, Bakı, 1 may / Trend, müxbir E.İsmayılov /
Hava gəmisinin əvəz edilməsi ilə əlaqədar Bakı-Roma marşrutu üzrə reys iki saat yubanır. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.
Cədvələ uyğun olaraq, təyyarə Bakıdan yerli vaxtla saat 08:30-da uçmalı idi. Lakin təyyarənin dəyişdirilməsi ilə əlaqədar reysin reallaşdırılması saat 10:30-dək yubanıb.
Aeroportdan təyyarənin dəyişdirilməsinin səbəbləri açıqlanmayıb.