...

"Azərbaycan Dəmir Yolları" təmir olunmuş vaqonların alınacağı tarixi açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2012 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" QSC yayın sonunadək təmir üçün bir müddət əvvəl Ukraynaya göndərilən sərnişin vaqonlarının hamısını alacaq. Bu barədə çərşənbə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

QSC Azərbaycanda sərnişin qatarlarının əsaslı təmiri üçün texnologiyaların olmaması səbəbindən 50 vaqonu Ukraynaya zavod təmirinə göndərib.

"Vaqonlar mərhələli daxil olacaq. Yayın sonuna kimi vaqonların hamısı ölkəyə gətiriləcək", - Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, mayın sonuna kimi təmir olunmuş ilk on vaqon Bakıya gətiriləcək.

Hazırda Moskva və Sankt-Peterburq istiqamətində sərnişin reyslərində "Rusiya Dəmir Yolları" ASC-nin qatarları çalışır. Həmin reyslərdə Rusiya qatarları fevraldan etibarən işləyir.

Xəbər lenti

Xəbər lenti