...

Azərbaycanın iri bankı təkrar kapitallaşma hüququ əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) 100 milyon manat həcmində adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in məlumatına görə, bu barədə QKDK-nın yaydığı məlumatda deyilir.

Prospekt çərçivəsində hər birinin nominal dəyəri 0,24 manat olan 416,67 milyon səhm buraxılıb.

Emissiyanın yerləşdirilməsi nəticəsində ABB-nin nizamnamə kapitalı indiki 240 milyondan 340 milyon manatadək artacaq.

Xəbər lenti

Xəbər lenti