...

Andorra Azərbaycan üçün böyük maraq kəsb edir – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 14:11 (UTC +04:00)
Azərbaycanda sabit iqtisadi artım, investisiya mühitinin yaxşılaşması xarici investorlarda getdikcə daha böyük maraq doğurur.
Andorra Azərbaycan üçün böyük maraq kəsb edir – nazir müavini

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda sabit iqtisadi artım, investisiya mühitinin yaxşılaşması xarici investorlarda getdikcə daha böyük maraq doğurur. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan və Andorranın iş adamlarının görüşünün sonunda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

"Azərbaycan 149-dan çox ölkə ilə əməkdaşlıq edir. Andorra bizim üçün tərəfdaş kimi daha çox maraq kəsb edir. Belə ki, Azərbaycan xarici iqtisadiyyatlara sərmayə qoyan ölkəyə çevrilib", - nazir müavini deyib.

Onun sözlərinə görə, belə görüşlər və biznes forumlar azərbaycanlı iş adamların xarici ölkələrdə uğurlu fəaliyyət göstərmələri üçün böyük rol oynayır.

Bakıda keçirilən biznes görüş çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Andorranın Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Andorra nümayəndə heyətinin tərkibinə nəqliyyat, logistika, turizm, bank, mühəndislik, tullantıların idarə olunması və digər sahələrdə fəaliyyət göstərən təxminən 30 nümayəndə daxildir. Bu, Andorra iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana ilk səfəridir.

Nümayəndə heyətinə Andorranın xarici işlər naziri Qilbert Saboya Sunye başçılıq edir.

Xəbər lenti

Xəbər lenti