...

Bakıda keyfiyyətsiz qazlı suların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 16:38 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük 37A ünvanında Mahal Yusifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Amore" əmtəə nişanlı qazlı suların reseptura və texnoloji təlimat olmadan istehsal edildiyi, habelə müəssisədə istehsal edilən qazlı suların laborator müayinəsi aparılmadan satışa çıxarıldığı müəyyənləşdirilib.
Bakıda keyfiyyətsiz qazlı suların satışı dayandırılıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük 37A ünvanında Mahal Yusifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Amore" əmtəə nişanlı qazlı suların reseptura və texnoloji təlimat olmadan istehsal edildiyi, habelə müəssisədə istehsal edilən qazlı suların laborator müayinəsi aparılmadan satışa çıxarıldığı müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar, reseptura və texnoloji təlimat olmadan istehsal edilmiş qazlı suların istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Mahal Yusifova icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti