...

Əli Abbasov: Azərbaycan və Estoniya xarici bazarlarda layihələr reallaşdırmaq niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 11:04 (UTC +04:00)
Azərbaycan tərəfi xarici bazarlarda birgə layihələrin reallaşdırılması üçün Estoniya ilə əməkdaşlıqda maraqlıdır.
Əli Abbasov: Azərbaycan və Estoniya xarici bazarlarda layihələr reallaşdırmaq niyyətindədirlər

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan tərəfi xarici bazarlarda birgə layihələrin reallaşdırılması üçün Estoniya ilə əməkdaşlıqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, birgə əməkdaşlıq Azərbaycan şirkətlərinin prioritet istiqaməti olan və Bakıda keçiriləcək ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birinci iclası çərçivəsində Estoniya ilə müzakirəsi planlaşdırılan rəqabət qabiliyyətliliyini artırmağa imkan verir.

"Fəaliyyəti bilavasitə elmi ağırlıqlı və innovasiya sahəsi ilə bağlı olan Estoniya şirkətləri, energetika və kənd təsərrüfatı sahəsində layihələrin reallaşdırılmasında maraqlıdırlar. Həmin istiqamətlər hökumətlərarası komissiyanın işinin gündəliyindəki prioritet məsələlərdən biri olacaq. Estoniya tərəfi əsasən biznes strukturları ilə təmsil olunub. Eləcə də sabah Estoniya-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə biznes forumunun keçiriləcəyi planlaşdırılır", - Abbasov bildirib.

Tərəflər hökumətlərarası komissiyanın ilk iclası çərçivəsində İKT, sənaye, nəqliyyat, maliyyə və başqa sahələrdə birgə əməkdaşlığı nəzərdən keçirmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti