...

Bakıda məişət tullantıları poliqonunda ekoloji vəziyyət yaxşılaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 11:26 (UTC +04:00)
Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun "Təmiz Şəhər" ASC-yə təhvil verildiyi ilk gündən poliqon ərazisində bərpa və yenidənqurma işləri ilə yanaşı, ətraf mühitin vəziyyəti öyrənilir, ekoloji monitorinqlər aparılır.
Bakıda məişət tullantıları poliqonunda ekoloji vəziyyət yaxşılaşır

Azərbaycan, Bakı, 29 iyun / Trend/

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun "Təmiz Şəhər" ASC-yə təhvil verildiyi ilk gündən poliqon ərazisində bərpa və yenidənqurma işləri ilə yanaşı, ətraf mühitin vəziyyəti öyrənilir, ekoloji monitorinqlər aparılır. Trend-in məlumatına görə, bu barədə ASC-nin cümə günü yaydığı məlumatda bildirilir.

Aparılmış son monitorinq nəticəsində suda və səth torpaq örtüyündə ağır metalların, havada kimyəvi birləşmələrin miqdarının azalması müşahidə olunmuşdur. Hava nümunələrinin monitorinqi göstərir ki, PM10 tozlarının miqdarı əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşmüşdür. HF (Hidrogen-flüorid), HCl (Hidrogen-xlorid), SO2 (Kükürd dioksidi) və CO (Dəm qazı) qazları isə yol verilən qatılıq həddindədir. Poliqonun ümumi vəziyyətinə nəzər yetirdikdə digər qazların miqdarının da tədricən azalması müşahidə olunur.

Əvvəllər su nümunələrində bəzi elementlərin miqdarı çox olsa da, görülmüş işlər nəticəsində ətraf mühitə mənfi təsirlər azalmışdır. Su nümunələrinin müqayisəli analizi göstərir ki, civənin miqdarı getdikcə azalır, digər elementlərin miqdarı isə yol verilən qatılıq həddindədir.

Bundan başqa, ağır metalların torpağın tərkibində azalması müşahidə olunur. Belə ki, aparılan analizlər zamanı poliqondan götürülmüş torpaq nümunələrində bütün ağır metalların miqdarının yol verilən qatılıq həddində olduğu müəyyən edilmişdir. 2011-ci ildə aparılan analizlərdə torpaqda ağır metalların azalması dinamikasının artması müşahidə olunmuşdur.

Qeyd etmək lazımdır ki, ən zərərli maddə sayılan dioksin və furanlar 2010-cu ilin əvvəlində torpaq nümunələrində 0.113 nqTEQ/kq olduğu halda, 2011-ci və 2012-ci ilin birinci rübündə aşkarlanmamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 2008-ci il 6 avqust tarixli Sərəncamından irəli gələrək "Təmiz Şəhər" ASC tərəfindən tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemi müasir standartlara uyğun qurulur və bu sahədə görülən işlər paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitə və insan səhhətinə mənfi təsirlərin aradan qaldırılmasına xidmət edir.

Qeyd edək ki, ekoloji monitorinqin nəticələri ictimaiyyətə açıqdır və bununla bağlı ətraflı məlumatı Səhmdar Cəmiyyətin ofisində fəaliyyət göstərən tullantıların idarə edilməsi üzrə Məlumat və Resurs Mərkəzindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti