...

"Azersun Holding" və UNİCEF əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2012 14:14 (UTC +04:00)
Azərbaycan hökumətinin uşaq əlilliyinin azaldılması sahəsində səylərinə yardım etmək məqsədilə BMT yanında Uşaq Fondu (UNİCEF) və "Azersun Holding" bu gün əməkdaşlıq haqqında memorandum imzalayıblar.
"Azersun Holding" və UNİCEF əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan hökumətinin uşaq əlilliyinin azaldılması sahəsində səylərinə yardım etmək məqsədilə BMT yanında Uşaq Fondu (UNİCEF) və "Azersun Holding" bu gün əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Trend-in məlumatına görə, sənədi UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hivard və "Azersun Holding"in baş direktoru Əhməd Yeman imzalayıblar.

Hivard tədbirdə qeyd edib ki, postsovet məkanında Azərbaycan əməkdaşlıq haqqında belə sənədi imzalayan ilk ölkədir.

"Biz ümid edirik ki, "Azersun" ölkədə uşaqların rifahının yaxşılaşdırılması işinə yardımla bağlı səylərimizdə uzunmüddətli tərəfdaşımız olacaq", - Hivard deyib.

O bildirib ki, məhdud imkanlı şəxslər Azərbaycanın ən müdafiəsiz əhali qrupudur və statistikaya görə, 2009-cu ildə hər 1000 nəfərə 24 belə şəxs düşüb. Bununla da məhdud imkanlı şəxslərin sayı təqribən 60 min nəfərdir.

UNİCEF və "Azersun Holding" arasında memorandum bir il müddətinə imzalanıb. Əməkdaşlıq çərçivəsində "Azersun" 25 min manat ayıracaq, habelə bu problemə müştərilərininin diqqətini cəlb etmək məqsədilə kağız məhsulunda UNİCEF-in loqotipini göstərəcək.

Hivardın sözlərinə görə, "Azersun Holding" və UNİCEF arasında əməkdaşlıq çərçivəsində gələcək planlara müalicə mərkəzlərinin açılması və onlarına zəruri avadanlıqla təchiz edilməsi daxildir. Burada məhdud imkanlı şəxslər müalicə ala biləcəklər, eləcə də digər layihələrin həyata keçirilməsi mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti