...

Azərbaycanın güclü maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmağa davam edir - AYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2012 11:24 (UTC +04:00)
Azərbaycanın çox güclü maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmağa davam edir.
Azərbaycanın güclü maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmağa davam edir - AYİB

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın çox güclü maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmağa davam edir. Trend-in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) sonuncu iqtisadi məruzəsində deyilir.

Dünya bazarlarında neftin qiyməti azaldığı halda neft sektorundan asılılıqla bağlı olan risklər aydın olduğu üçün iqtisadiyyatın diversifikasiyası vacib olaraq qalır. Lakin Azərbaycanın çox güclü maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmağa davam edir", - məruzədə deyilir.

Maliyyə böhranını uğurla adladıqdan sonra Azərbaycan iqtisadiyyatının artımı neft hasilatı həcmlərinin azalması üzündən yavaşıyıb.

"Neft hasilatı həcmlərinin azalmasının əvəzi əsasən büdcə xərcləri ilə stimullaşdırılan qeyri-neft sektorunun güclü artımı ilə ödənilir", - məruzədə deyilir.

AYİB-in yenilənmiş proqnozlarına görə, 2013-cü ilin sonlarına Azərbaycanda ÜDM-in artımının 2,5 faiz, 2013-cü ilin sonlarında isə 3 faiz səviyyəsində olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti