...

"A-Qroup" şirkəti əmlak sığortası üzrə toplanmış mükafatların həcmini 40 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2012 11:47 (UTC +04:00)
2012-ci ilin 6 ayı ərzində "A-Qroup" sığorta şirkətinə daxil olan sığorta haqlarının ümumi həcmi 6 110 824 manat təşkil edib.
"A-Qroup" şirkəti əmlak sığortası üzrə toplanmış mükafatların həcmini 40 faiz artırıb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

2012-ci ilin 6 ayı ərzində "A-Qroup" sığorta şirkətinə daxil olan sığorta haqlarının ümumi həcmi 6 110 824 manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir. Yığımın əsas hissəsi - 5 221 644 manat könüllü tibbi sığortanın payına düşüb.

Ümumi sığorta növləri üzrə əhəmiyyətli dərəcədə artım əldə edilib. Belə ki, əmlak sığortası üzrə sığorta mükafatlarının həcmi 2011-ci ilin analoji dövrü ilə müqayisədə 40 faiz artaraq 889 480 manat təşkil edib. Eyni zamanda avtonəqliyyat sığortası üzrə də nəzərə çarpacaq artıma nail olunub. Kasko sığortası üzrə sığorta haqlarının həcmi 2011-ci ilin analoji dövrü ilə müqayisədə 60 faiz artıb.

Birinci yarımildə sığorta şirkəti 13 794 sığorta müqaviləsi bağlayıb.

2012-ci ilin 2 rübü üzrə sığorta ödənişlərinin həcmi 2 516 837 manat olub.

"A-Qroup" Sığorta Şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq edib. "A-Qroup" Korporativ idarəetmə layihəsinin mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.

Xəbər lenti

Xəbər lenti