...

“DəmirBank” neftçilər üçün kredit məhsullarına endirim elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 13:26 (UTC +04:00)
“DəmirBank” 20 Sentyabr – Neftçilər Günü münasibətilə 19 sentyabr - 30 noyabr 2012-ci il tarixində neft sektorunda işləyən şəxslər üçün 3% güzəştlə yeni kredit kampaniyasına başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.
“DəmirBank” neftçilər üçün kredit məhsullarına endirim elan edib

Azərbaycan, Bakı, 19 sentyabr / Trend/

"DəmirBank" 20 Sentyabr - Neftçilər Günü münasibətilə 19 sentyabr - 30 noyabr 2012-ci il tarixində neft sektorunda işləyən şəxslər üçün 3% güzəştlə yeni kredit kampaniyasına başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.

Kampaniya çərçivəsində Bankın bütün kredit məhsulları üzrə (ipoteka, avtomobil, biznes və tərəfdaşlarla kreditlə satış istisna) faiz dərəcəsində 3% güzəşt tətbiq olunur. Bundan əlavə, bu kampaniya çərçivəsində müştərinin həyat və qabiliyyətinin Bankın xeyrinə sığortalanması tələb edilmir.

Kampaniyanın şərtlərinə görə bütün işçilərə 1500 manatadək, idarə rəhbərləri və müavinləri, şöbə və bölmə müdirlərinə isə 3000 manatadək kredit götürdükdə zamin tələb olunmur.

Neft sektorunda işləyənlər qismində Dövlət Neft Şirkətinin (həmçinin şirkətin balansında) nəzdində olan müxtəlif istehsalat birlikləri, idarələrin, zavodların, elmi institutların və sosial təşkilatların), Sənaye və Energetika Nazirliyinin, Dövlət Neft Fondunun, neft hasilatı və emalı sahəsində fəaliyyət göstərən digər yerli və xarici şirkətlərin əməkdaşları nəzərdə tutulur.

"DəmirBank mütəmadi olaraq müxtəlif kampaniyalar həyata keçirir. 8 mart, Ramazan Bayramı, Rabitəçilər Günü, Qurban Bayramı münasibəti ilə müştərilərə müxtəlif güzəştli kampaniyalar təqdim olunub. Bu dəfə start verdiyimiz kampaniya 20 sentyabr Neftçilər Günü münasibəti ilə keçirilir. Fürsətdən istifadə edərək, neft sektorunda işləyənləri peşə bayramları münasibəti ilə təbrik edirik və onlara yeni uğurlar arzulayırıq", - deyə, İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank mütəmadi olaraq müxtəlif xidmətlər üzrə güzəştli kampaniyalar həyata keçirir. Bankın xidmətləri və kampaniyaları barədə ətraflı məlumat əldə etmək üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti