...

Müflisləşmiş "Royal Bank"ın əmanətçiləri nəzərdə tutulan kompensasiyaların 83 faizini alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 19:07 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) üç müvəkkil bank vasitəsilə 60 gün ərzində müflisləşmiş "Royal Bank" ASC-nin əmanətçilərinə 12,262 milyon manat məbləğində kompensasiya ödəyib.
Müflisləşmiş "Royal Bank"ın əmanətçiləri nəzərdə tutulan kompensasiyaların 83 faizini alıblar

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) üç müvəkkil bank vasitəsilə 60 gün ərzində müflisləşmiş "Royal Bank" ASC-nin əmanətçilərinə 12,262 milyon manat məbləğində kompensasiya ödəyib. Bu barədə çərşənbə axşamı Trend-ə ADIF-dən bildiriblər.

Bankın sığortalanmış əmanətçilərinə ödənilməsi planlaşdırılan kompensasiyaların ümumi məbləği 14,718 milyon manatdır, halbuki 26,731 milyon manat dəyərində əmanətlər sığortalanıb (qanunvericiliyə əsasən, yalnız 30 min manat həddini keçməyən əmanətin bir hissəsi ödənilir, bununla belə əmanət sığortalanmış hesab olunur).

"Bununla da indəyədək kompensasiya edilməsi planlaşdırılan məbləğin 83 faizi və sığortalanan əmanətlərin 46 faizi ödənilib", - məlumatda qeyd edilir.

Kompensasiyaların ödənişi avqustun 1-dən "Muğanbank", "Bank Respublika" və "AGBank" vasitəsilə həyata keçirilir. Adıçəkilən banklarda ödənişlərin həyata keçirlməsi üçün xüsisi işçi qrupları yaradılıb.

Xəbər lenti

Xəbər lenti