Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir C.Nəsibova/
Tacikistan azərbaycanlı sahibkarları ölkənin Soqd vilayətində keçiriləcək beynəlxalq iqtisadi forumda iştiraka dəvət edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
"Soqd vilayətinin investisiya potensialı" mövzusunda beynəlxalq iqtisadi forum bu il oktyabrın 11-12-də Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin və vilayətin icra hakimiyyətinin dəstəyi ilə keçirilir.