...

"ABB-Moskva" Bankı bu il sindikatlaşdırılmış kredit üzrə ikinci saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 12:18 (UTC +04:00)
"ABB-Moskva" Bankı" MMC "Novikombank" QSC SKB ilə ümumi məbləği 2,6 milyard rubl (83,5 milyon dollar) olan sindikatlaşdırılmış kredit üzrə saziş imzalayıb.
"ABB-Moskva" Bankı bu il sindikatlaşdırılmış kredit üzrə ikinci saziş imzalayıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir C.Nəsibova/

"ABB-Moskva" Bankı" MMC "Novikombank" QSC SKB ilə ümumi məbləği 2,6 milyard rubl (83,5 milyon dollar) olan sindikatlaşdırılmış kredit üzrə saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiya bankı "Novikombank"ın saytında dərc olunmuş xəbərdə deyilir.

Kredit "ABB-Moskva" Bankının təsisçisi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin zəmanəti ilə verilib.

Sövdələşmənin maliyyələşdirilməsini Rusiyanın "Novikombank" QSC SKB, "MDM Bank" ASC, "Svyaz Bank" ASC SKB, "MSP Bank" ASC, "Qlobeksbank" QSC, "SMP Bank" ASC, "Bank Moskvı" ASC və Latviyanın "Baltikums Bank AS" bankları təmin ediblər.

Agent qismində "Novikombank" QSC SKB çıxış edir.

Bu, artıq ilin başlanğıcından "ABB-Moskva" Bankı üçün "Novikombank"ın təşkil etdiyi ikinci sindikatlaşdırılmış kreditdir. MDB ölkələrinin maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi "Novikombank"ın çoxtərəfli xarici iqtisadi əlaqələrin inkişafı üçün postsovet məkanında tərəfdaşlar və müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş siyasətinin prioritetlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti