Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A. Axundov/
CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramının üzv ölkələri 2020-ci ilədək regionda əlaqələr və əməkdaşlığın konkret inkişaf yollarını müzakirə edəcəklər.
Oktyabrın 29-31-də Çinin Xubey əyalətinin Uxan şəhərində CAREC proqramı çərçivəsində 11-ci nazirlər görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Asiya İnkişaf Bankının (AİB) yaydığı məlumatda deyilir.
Çərşənbə günü nazirlikdən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan tərəfini İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyev təmsil edəcək.