...

Bakı dinamik inkişaf edən maliyyə mərkəzinə çevrilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 12:57 (UTC +04:00)
MDB-nin bank bazarı son bir il ərzində yarıbayarı böyüyüb, ancaq onun həcmi hələ də kiçik olaraq qalır.
Bakı dinamik inkişaf edən maliyyə mərkəzinə çevrilir

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov /

MDB-nin bank bazarı son bir il ərzində yarıbayarı böyüyüb, ancaq onun həcmi hələ də kiçik olaraq qalır. Trend-in məlumatına görə, bu barədə MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov cümə axşamı "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda Birlik dövlətlərinin V Bakı Beynəlxalq Bank Konfransında çıxışında deyib.

"MDB-nin bank sistemi böyüməkdə davam edir, onun aktivlərinin həcmi son bir il ərzində 1,5 trilyon dollara qədər artıb. Ancaq sistem hələ də zəifdir, onun inteqrasiyası zəifdir. Milli valyutalarda əməliyyatların artması kimi müsbət tendensiyası müşahidə olunur", - Kazakov deyib.

Onun sözlərinə görə, MDB-nin maliyyə bazarı böyük potensiala malikdir.

"Pensiya pullarını, islam maliyyələşdirməsini, uzunmüddətli resursları cəlb etmək vacibdir. MDB-də maliyyə mərkəzləri arasındakı əlaqələri möhkəmləndirmək lazımdır. Bakı Asiyadan və Avropadan axınların keçdiyi ciddi, dinamik artan maliyyə mərkəzinə çevrilir", - Kazakov deyib.

Onun sözlərinə görə, MDB Maliyyə-Bank Şurasının inkişafında növbəti addım onun Maliyyə-Bank İttifaqınа çevrilməsi olacaq.

"Biz gələn il ən böyük sayda bankların birgə əməkdaşlığa cəlb edilməsi ilə bağlı tədbirləri aktivləşdirmək üzərində düşünəcəyik, çünki vahid iqtisadi məkan bizə lazımdır", - Kazakov bildirib.

Onun sözlərinə görə, forum maliyyə əməkdaşlığının müzakirəsi üçün ciddi meydançaya çevrilib.

"Beş il ərzində biz bankların ünsiyyəti, investisiyaların cəlb edilməsi üçün yaxşı mühit formalaşdırmışıq", - Kazakov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti