Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir C.Nəsibova/
2012-ci ilin noyabr ayında dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə "Paşa Kapital" MMC başçılıq edib. Şirkət bir müştəriyə ümumi dəyəri 89,772 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Fond Birjasından məlumat verilib.
İkinci yeri bir müştəriyə 67,277 milyon manat dəyərində broker xidmətləri göstərmiş "Çelsi Kapital" MMC tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 6,996 milyon manatla "Broldil-Az" qərarlaşıb.
2012-ci il noyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:
Xidmətlərin həcminə görə cari yer |
Xidmətlərin həcminə görə əvvəlki yer |
Brokerlər |
Broker xidmətlərinin məbləği (AZN) |
|
1 |
5 |
"Paşa Kapital" MMC |
89 772 690,47 |
|
2 |
1 |
"Çelsi Kapital" MMC |
67 277 051,81 |
|
3 |
2 |
"Brokdil-Az" MMC |
6 996 305,85 |
|
4 |
- |
"BoB Broker" MMC |
5 987 940,00 |
|
5 |
3 |
"Texnika Kapital Menecment" MMC |
5 494 888,51 |
|
6 |
4 |
"Unicapital" ASC |
506 262,54 |
|
7 |
- |
"Standard kapital" MMC |
494 546,50 |