...

"Unibank"ın səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2012 17:59 (UTC +04:00)
Dekabrın 26-dan etibarən "Unibank" ASC-nin 5 000 040 manat həcmində imtiyazlı, adlı, sənədsiz səhmlərinin emissiya prospekrtinin yerləşdirilməsi başlayır.
"Unibank"ın səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir C.Nəsibova/

Dekabrın 26-dan etibarən "Unibank" ASC-nin 5 000 040 manat həcmində imtiyazlı, adlı, sənədsiz səhmlərinin emissiya prospekrtinin yerləşdirilməsi başlayır. Bu barədə Trend-ə bazar ertəsi Bakı Fond Birjasından (BFB) məlumat verilib.

"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı təkliflə fond birjasına müraciət edib", - birjanın məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 2,72 manat olan 1 838 250 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 56,565 milyon manatdan 61,565 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti