...

Azərbaycan və Qazaxıstan istehsal və emal sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 13:03 (UTC +04:00)
Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Azərbaycan və Qazaxıstan istehsal və emal sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Axundov/

Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə çərşənbə günü Trend-ə hökumətdən məlumat verilib.

Qazaxıstanın dövlət və biznes-strukturlarının nümayəndələrinin daxil olduqları nümayəndə heyətinin ikigünlük səfəri yanvarın 9-da başlayıb. Səfərin məqsədi qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi, kənd təsərrüfatı və sənaye sahəsində Azərbaycanın istehsal və emal müəssisələrinin fəaliyyəti ilə tanış olmaqdır.

Qazaxıstanın nümayəndə heyətinin bu gün Xırdalanda "Zəhmət-Ruzi" kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinə, Sumqayıt sənaye zonasına baş çəkəcəyi planlaşdırılır. Səfərin ikinci günündə Binə qəsəbəsindəki "Green Tech"-in istixana kompleksinin fəaliyyəti ilə, həmçinin Qəbələdəki müəssisələrlə tanışlıq nəzərdə tutulub.

Hazırda Kuşerbayevin Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşü keçirilir. Həmçinin onun iqtisadi inkişaf naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İsmət Abasovla görüşləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti