...

Bakı Fond Birjası fasiləsiz ticarət rejiminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2013 11:33 (UTC +04:00)
Fevralın 1-dən etibarən Bakı Fond Birjası (BFB) fasiləsiz ticarətə keçid üzrə yeni mərhələyə start verir.
Bakı Fond Birjası fasiləsiz ticarət rejiminə keçir

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Fevralın 1-dən etibarən Bakı Fond Birjası (BFB) fasiləsiz ticarətə keçid üzrə yeni mərhələyə start verir. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaydığı məlumatda deyilir.

Belə ki, bundan sonra BFB-nin ticarət sistemində əqdlərin bazarda mövcud olan ən yaxşı qiymətlə dərhal bağlanılması mümkün olacaq. Eyni zamanda, bazarda ədalətli qiymətlərin formalaşması, şəffaflığın artırılması və investorların maraqlarının müdafiəsi məqsədilə eyni bir broker şirkətinin həm alıcı, həm də satıcı tərəf olduğu əqdlər (kross əqdlər) qabaqcadan müəyyən edilmiş müddət ərzində bazara açıqlanacaq və digər birja üzvləri tərəfindən daha rəqabətli qiymətlərin təklif olunması üçün şərait yaranacaq.

Sözügedən yenilik "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramı" da nəzərdə tutulmuş bazarın institusional inkişafı istiqamətində həyata keçirilir.

Yeni metodikanın tətbiqi BFB-də ədalətli və real bazar qiymətlərinin formalaşmağı üçün zəmin yaratmaqla, bazarın dərinliyinin artırımasına, həmçinin tələb və təklifin stimullaşdırılmasına xidmət edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti