...

"Paşa Həyat" yığımları 16 faiz artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 16:08 (UTC +04:00)
"Paşa Həyat" həyat sığortası şirkəti bu il 17 milyon manat həcmində mükafat toplamağı planlaşdırır ki, bu da ötən ilin göstəricilərini 16 faiz üstələyəcək.
"Paşa Həyat" yığımları 16 faiz artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/

"Paşa Həyat" həyat sığortası şirkəti bu il 17 milyon manat həcmində mükafat toplamağı planlaşdırır ki, bu da ötən ilin göstəricilərini 16 faiz üstələyəcək. Ötən il şirkətin yığımları 14,697 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin Risklərin idarə edilməsi şöbəsinin müdiri Pərviz Quliyev mətbuat konfransında deyib.

Ötən il şirkət 2013-2015-ci illər üçün strateji plan qəbul edib. Plan göstərilən xidmətlərin keyfiyyətinin artlırılması, filial şəbəkəsinin genişləndirilməsi, öz yığımları strukturunda könüllü sığortanın payının artırılması üzrə işlərin keçirilməsini nəzərdə tutur.

2012-ci ildə şirkətin yığımlarının 64 faizi icbari sığortanın (9,432 milyon manat), 36 faizi isə könüllü sığortanın (5,264 milyon manat) payına düşüb.

"Strategiya könüllü sığortanın payının artırılmasını nəzərdə tutur. Cari ilin sonuna bu payı 20 faiz artıraraq 50 faizə çatdırmağı planlaşdırırıq", - Quliyev qeyd edib.

Onun sözlərinə görə, həmçinin getdikcə şirkətin həyat sığortası bazarında payı artacaq. Hazırda bu pay 40 faiz səviyyəsindədir.

Qeyd edək ki, Azərbaycanda həyat sığortası ilə daha iki şirkət - "Atəşgah Həyat" və "Qala Həyat" məşğul olur.

"Biz mövqemizi yaxşılaşdırmaq niyyətindəyik, lakin məqsədimiz bazarı tam tutmaq deyil, xidmətlərimizin keyfiyyətini daha da artırmaqdır", - Quliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti