...

Fazil Məmmədov: Azərbaycandakı vergi inzibatçılığı Avropada ən səmərəli sistemlərdən biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2013 12:12 (UTC +04:00)
Azərbaycanın vergi sistemi Avropa məkanındakı ən səmərəli vergi inzibatçılığı sistemlərindən biridir.
Fazil Məmmədov: Azərbaycandakı vergi inzibatçılığı Avropada ən səmərəli sistemlərdən biridir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanın vergi sistemi Avropa məkanındakı ən səmərəli vergi inzibatçılığı sistemlərindən biridir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov cümə günü Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda II vergi forumunda çıxışı zamanı bildirib.

"Bu gün vergi inzibatçılığı xərclərinin vergi daxilolmalarına nisbəti 0,35 faiz təşkil edir", - Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslər elektronlaşdırılıb və vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün proseslər vergi orqanlarının əməkdaşları ilə təmas qurmadan həyata keçirilə bilər.

"Nəticədə bu, həm vergi orqanları, həm də vergi ödəyiciləri tərəfindən vergi inzibatçılığına çəkilən xərclərin ciddi şəkildə azalmasına gətirib çıxarıb", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti