...

"Bank of Azerbaijan" səhmdarların yenilənmiş tərkibini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 14:05 (UTC +04:00)
"Bank of Azerbaijan" ASC bu ilin sonunadək nizamnamə kapitalının 60 milyon manatadək artırılmasını planlaşdırır.
"Bank of Azerbaijan" səhmdarların yenilənmiş tərkibini açıqlayıb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.Xəlilova/

"Bank of Azerbaijan" ASC bu ilin sonunadək nizamnamə kapitalının 60 milyon manatadək artırılmasını planlaşdırır.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, 2013-cü ilin yanvar ayının sonuna bankın səhmdar kapitalı 45,3 milyon təşkil edir.

Hazırda bankın səhmdarları 3 fiziki şəxs və 1 hüquqi şəxsdən ibarətdir. Fiziki şəxslər Məmmədov Kənan Hafiz oğlu (42,97%), Məmmədov Sənan Hafiz oğlu (42,97%), Məmmədov Mübariz Məcid oğlu (13,31%) və 1 hüquqi şəxs "NEM" Holdinq (0,74%) səhmdar kapitalında yuxarıda göstərilən paylara sahibdirlər.

"Bank of Azerbaijan" ASC səhmdar kapitalının artırılması ilə yanaşı, bankın filial şəbəkəsinin optimallaşdırılmasını da planlaşdırır. Bu ilin mart-aprel aylarında Lənkaran şəhərində iri reqional filialın açılması nəzərdə tutulub. 2013-cü ilin yay-payız aylarında isə Bakı şəhəri, Neftçilər metrosu yaxınlığında filialın açılması planlaşdırılır.

Hazırda bankın respublika üzrə 17 filialı, 3 şöbəsi və 32 bankomatı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti