Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.Xəlilova/
2013-ci ilin yanvar ayında Azərbaycan ərazisindən nəqliyyat vasitələri ilə 4,466 milyon ton yük daşınıb ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 5,78 faiz azdır. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Həmin dövrdə yük ixracı 2,3 milyon ton, idxal isə 0,604 milyon ton təşkil edib.
Ay ərzində dəniz nəqliyyatı ilə 12,396 min ton, dəmiryol ilə 197,02 milyon ton, avtomobil nəqliyyatı ilə 43,125 min ton, hava nəqliyyatı ilə 213,75 min ton yük daşınıb, stasionar nəqliyyat vasitələri ilə 2,047 milyon ton təşkil edib.
Dəniz nəqliyyatı ilə 152,6 milyon ton, dəmir yolu nəqliyyatı ilə 338,5 milyon ton, avtomobil nəqliyyatı ilə 108,7 milyon ton və hava nəqliyyatı ilə 1,53 min ton yük idxal edilib.
Yanvar ayında Azərbaycan ərazisndən tranzitlə 1,56 milyon ton yük daşınıb.