...

Mərkəzi Bank: Azərbaycan manatına olan inam onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2013 15:13 (UTC +04:00)
Mərkəzi Bankda kredit təşkilatlarının nağd pul sahəsində çalışan əməkdaşları üçün pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilib.
Mərkəzi Bank: Azərbaycan manatına olan inam onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb  (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Mərkəzi Bankda kredit təşkilatlarının nağd pul sahəsində çalışan əməkdaşları üçün pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, seminarda pul nişanlarının inkişafı, onun mühafizə fəlsəfəsi, saxta pul çapına qarşı mübarizə, bu sahədə Mərkəzi Bankın rolu və həyata keçirdiyi siyasət, eləcə də digər mövzular barədə məlumat verilib.

Seminar iştirakçılarına bildirilib ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb.

Daha sonra seminar iştirakçıları üçün "Pul nişanlarının ekspertizasının təşkili" mövzusunda təqdimat keçirilib.

Qeyd edək ki, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir və bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti