Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir A.Axundov/
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-fevral aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 179,58 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DGK-nin rəsmi saytında dərc olunan hesabatında deyilir.
Yanvar-fevral aylarında gömrük rüsumlarından daxilolmalar 35,54 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 135,87 milyon manat, aksizlər üzrə 5,7 milyon manat, yol vergisi üzrə isə 2,46 milyon manat təşkil edib.
2013-cü il üçün DGK-nin xətti ilə 1,38 milyard manat həcmində ödəniş proqnozu müəyyən edilib.