...

"Xalq Bank"ın "Lənkəran" filialı fəaliyyətə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 15:36 (UTC +04:00)
Bu gündən etibarən "Xalq Bank" ASC-nin Lənkəran şəhərində yeni filialı fəaliyyətə başlayır.
"Xalq Bank"ın "Lənkəran" filialı fəaliyyətə başladı

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Bu gündən etibarən "Xalq Bank" ASC-nin Lənkəran şəhərində yeni filialı fəaliyyətə başlayır.

Bankdan Trend-ə verilən məlumata görə, "Lənkəran" filialı bankın sayca iyirmi ikinci, regionlarda isə fəaliyyət göstərən on altıncı filialıdır. Yeni filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Filial AZ4200, Lənkəran şəh., Ş.Axundov küç., 20 ünvanında yerləşir. Telefon: (025) 5 3079; faks: (025) 5 3213.

Qeyd edək ki, hazırda "Xalq Bank"ın Bakıda və regionlarda 22 filialı fəaliyyət göstərir. 2013-cü il ərzində bank filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti