...

İlin əvvəlindən Azərbaycanda 2,4 mindən çox gömrük qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2013 17:39 (UTC +04:00)
2013-cü ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2434 inzibati qanun pozuntusu aşkar edilib.
İlin əvvəlindən Azərbaycanda 2,4 mindən çox gömrük qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2434 inzibati qanun pozuntusu aşkar edilib. Bu barədə Trend-ə komitədən məlumat verilib.

Onlardan 44-ü qanunsuz keçməyə cəhd, 60-ı əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 1996-sı isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin, hesabat dövrü ərzində cinayət məsuliyyətinə cəlb etmək üçün əsas yaradan gömrük qanunvericiliyinin pozulması üzrə 59 fakt qeydə alınıb.

Məlumata görə, 52 fakt qaçaqmalçılıq, 33 fakt isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 49,29 kiloqram narkotik vasitə ələ keçirilib. Həmçinin, aksiz markaları olmadan malların idxalı üzrə 3 fakt qeydə alınıb.

Bu faktlar üzrə yanvar-mart aylarında şübhəli şəxs qismində 73 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti