...

"Təmiz Şəhər" ASC Böyük Şor gölündə dambanın tikintisi ilə bağlı tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2013 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Axundov/

"Təmiz Şəhər" ASC Balaxanı poliqonunun risk zonasının Böyük Şor gölü ilə sərhəd hissəsində dambanın qurulmasının işçi-layihə smeta sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair təkliflər sorğusu həyata keçirir. Trend-in məlumatına görə bu barədə şənbə günü ASC tərəfindən yayılan xəbərdə bildirilir.

Tenderlə maraqlanan şəxslər və təşkilatlar 464-41-11 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Tender təklifləri 26 aprel 2013-cü il tarixinə qədər qəbul olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti