...

"SW Travel" Bolqarıstanın çimərlik kurortlarında istirahət təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 20:36 (UTC +04:00)
"SW Travel" şirkəti çimərlik istirahətini sevənlər üçün Bolqarıstanın heyranedici kurortlarına səyahət etməyi tövsiyə edir.
"SW Travel" Bolqarıstanın çimərlik kurortlarında istirahət təklif edir

Azərbaycan, Bakı, 24 aprel /Trend/

"SW Travel" şirkəti çimərlik istirahətini sevənlər üçün Bolqarıstanın heyranedici kurortlarına səyahət etməyi tövsiyə edir. Bu barədə çərşənbə günü şirkətdən Trend-ə verilən məlumatda deyilir.

Qara dənizin sahillərində, Bolqarıstanın Burqas, Günəşli Sahil və Qızıl Qum kurortlarında unudulmaz günəşli yay günlərini keçirin və bu ölkənin yeni və əvvəl görmədiyiniz gözəlliklərini özünüz üçün kəşf edin!

Burqas - xoş iqlim, əla təbiət, sakit dəniz və ləziz mətbəx deməkdir. Bir çox turistlər Burqası gözəl sahillərinə və kristal təmizliyə malik olan dənizinə görə seçirlər.

Bolqarıstanın digər məşhur kurortları - Günəşli Sahil və Qızıl Qum mülayim iqlim, dəniz və ətrafdakı çiçəklənən yaşıllıqla istirahət edənlərin qəlblərini fəth edəcək.

"SW Travel" şirkətinə müraciət edin və Bolqarıstanın ən gözəl kurortlarına münasib qiymətlərlə səyahət edin!

Bakı-Burqas-Bakı istiqamətində birbaşa uçuş (Bulgaria Air), hoteldə 11 gecə/12 gün gecələmə, transfer, viza dəstəyi və sığortanın daxil olduğu turpaketləri 999 manatdan başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Ucuşlar iyulun 4-dən başlayaraq həftə aşırı, hər bazar ertəsi və cümə axşamı həyata keçiriləcək.

Ətraflı məlumat üçün: [email protected], +994 12 437 40 85

Məqalədə:
Xəbər lenti

Xəbər lenti