...

Mərkəzi Bank: 10 il ərzində Azərbaycanda bank sektoru dərinliyi 100 faiz ÜDM-ə çatacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 12:17 (UTC +04:00)
Azərbaycan yaxın 10 il ərzində bank sektorunun dərinliyinin 100 faiz ÜDM-ə çatacağını gözləyir.
Mərkəzi Bank: 10 il ərzində Azərbaycanda bank sektoru dərinliyi 100 faiz ÜDM-ə çatacaq (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan yaxın 10 il ərzində bank sektorunun dərinliyinin 100 faiz ÜDM-ə çatacağını gözləyir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Mərkəzi Bakının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar" adlı konfransda çıxışı zamanı bildirib.

"Bu gün bank sektorunun dərinliyi son on ildə iki dəfə artaraq ÜDM-in 64 faizi səviyyəsindədir. Yaxın 10 ildə biz onun 100 faiz ÜDM-ə çatacağını gözləyirik. Bunun üçün bank sektorunun birləşdirilməsi prosesi davam etdirilməlidir. Bu məqsədlə bankların kapitalına tələblər beş dəfə artırılıb və bu gün payına sektorun aktivlərinin 80 faizinin düşdüyü banklar artıq kapitallaşma haqqında yeni tələblərə cavab verir", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, son on il ərzində ölkədə bank sektoru 10 dəfə böyüyüb. "Bu gün bank sektorunun adekvatlığının səviyyəsi 17 faiz təşkil edir. Xarici öhdəliklər sektorun öhdəliklərinin 15 faizini təşkil edir. Hazırda özəl kredit bürolarının yaradılması məsələsinə baxılır və hədəflərdən biri ipoteka kreditləşməsinin genişləndirilməsidir", - Rüstəmov bildirib.

Mərkəzi Bankın rəhbərinin sözlərinə görə, Azərbaycan maliyyə və makroiqtisadi sabitlik göstəricilərinə görə, dünyada ilk iyirmilikdə qərarlaşıb.

"Son on il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, bu dövrdə orta artım tempi orta hesabla dünya göstəricilərini 3,5 dəfə ötüb və il ərzində 14 faiz təşkil edib. Yoxsulluğun səviyyəsi 10 dəfə azalıb. Strateji valyuta ehtiyatları 48 milyard ABŞ dollarına çatıb ki, bu da xarici borcu 8 dəfə ötür", - Rüstəmov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti