...

"PAŞA Həyat" könüllü həyat sığortası üzrə irihəcmli ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2013 11:35 (UTC +04:00)
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC könüllü həyat sığortası üzrə irihəcmli sığorta ödənişini həyata keçirib.
"PAŞA Həyat" könüllü həyat sığortası üzrə irihəcmli ödəniş edib

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC könüllü həyat sığortası üzrə irihəcmli sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sözügedən sığorta ödənişi həyatın müddətli sığortası növü üzrə "PAŞA Həyat Sığorta" ASC-də sığortalanmış şəxsin vəfatı ilə bağlıdır.

Bu sığorta hadisəsi nəticəsində 25 min manatlıq sığorta ödənişi sığortalının ailəsinə ödənilib.

"PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar- mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 8,352 milyon. manat, ödənişləri isə 148 min manata yaxın olub. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,05 milyon. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti