...

Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalı 460 milyon dolları ötəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2013 16:29 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalı 368 milyon manatadək artırılacaq.
Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalı 460 milyon dolları ötəcək

Azərbaycan, Bakı, 15 iyun / Trend, müxbir E.Əliyev /

Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalı 368 milyon manatadək artırılacaq.

Bu barədə şənbə günü jurnalistlərə ABB İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev bildirib:

"Bankın səhmdarlarının dünən keçirilən ümumi yığıncağının qərarı ilə 2012-ci ül üzrə audit hesabatı təsdiqlənib. Həmin hesabata görə, 52,9 milyon manat həcmində mənfəət təsdiq olunub. Ötən ilin yekunları üzrə ABB-nin ümumi mənfəəti 58,5 milyon manat təşkil edib".

Səmdarlar mənfəətdən 14,1 milyon manat vəsaitin dividendlərin ödənilməsinə yönəldilməsini qərara alıblar ki, bu da illik 5,2 faiz təşkil edir. Mənfəətin 28,3 milyon manat həcmində hissəsi nizamnamə kapitalının artırılmasına yönəldiləcək ki, bunu nəticəsində hər səhmin nominal dəyəri 0,24 manatdan 0,26 manatadək artacaq. 2012-ci il üzrə bankın xalis mənfəəti 16 milyon manat təşkil edib.

"Bu nəticələr göstərir ki, qlobal iqtisadi böhrana baxmayaraq, ABB və onunla birlikdə Azərbaycanın bütün bank sektoru uğurla inkişaf edir".

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ilin yanvarında yaradılıb və ölkənin ən iri bankıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti