...

Şahin Mustafayev: Azərbaycan Rusiyanın Şimali Qafqaz bölgələri ilə əməkdaşlığın inkişafına böyük önəm verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2013 18:53 (UTC +04:00)
Bu ilin ilk 5 ayı ərzində Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 38 faizdən çox artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda çıxışında deyib.
Şahin Mustafayev: Azərbaycan Rusiyanın Şimali Qafqaz bölgələri ilə əməkdaşlığın inkişafına böyük önəm verir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Əliyev/

Bu ilin ilk 5 ayı ərzində Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 38 faizdən çox artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda çıxışında deyib.

Forum Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) tərəfindən keçirilir.

Mustafayev deyib ki, ölkəmiz ənənəvi olaraq Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət verir: İki ölkə arasında münasibətlərin səviyyəsi strateji səviyyəyədək qaldırılıb. Bu zaman Rusiyanın Şimali Qafqaz bölgələri ilə əlaqələrə xüsusi önəm verilib və verilməkdədir".

Onun sözlərinə görə, Rusiyanın bu regionu ilə əlaqələr xüsusilə son 2 ildə güclənib: "Təəssüf ki, hazırda Azərbaycan və İnquşetiya arasında ciddi əmtəə dövriyyəsi və qarşılıqlı əlaqələrin mövcudluğu barədə danışmaq olmaz. Lakin hesab edirəm ki, ölkəmizə geniştərkibli nümayəndə heyətinin səfəri aramızdakı əlaqələrin inkişafına təkan verəcək".

Nazir bildirib ki, Azərbaycan sahibkarları böyük imkanlara malikdirlər. Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində möhkəm ortaq təbəqə, sahibkarlar təbəqəsi formalaşıb:

"Azərbaycanlı iş adamları Rusiyanın 71 bölgəsində fəaliyyət göstərir, region ölkələrində uğurla çalışırlar və uzaq xaricə çıxırlar. Onların kifayət qədər imkanları var. Əməkdaşlığın inkişafı üçün siyasi iradə də var. Bu şəraitdə vəzifəmiz ölkələrimizin imkanlarını, o cümlədən belə işgüzar görüşlər keçirmək yolu ilə üzə çıxarmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti