...

Bakıda xarici mütəxəssislərin iştirakı ilə "Bazar Tədqiqatları" üzrə təlim keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2013 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir E.Əliyev/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və GIZ Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 15-16 iyul tarixlərində Bakı Biznes Mərkəzində "Bazar Tədqiqatları" üzrə təlim keçiriləcək. Trend xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda deyilir.

Təlim aşağıdakı mövzuları əhatə edəcək:

1. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Rusiyada təzə/emal olunmuş meyvə (fındıq, meyvə şirələri, mürəbbə və s.) bazarı

2. İxrac prosesində bazar tədqiqatlarının əhəmiyyəti

3. Müştərilərin müəyyən edilməsi və onlarla biznes ələqələrinin yaradılması

4. Beynəlxalq ticarətdə vasitəçilərin rolu

Təlim Böyuk Britaniya, Şimali İrlandiya və Amerika Birləşmiş Ştatlarından dəvət olunmuş 3 mütəxəssis tərəfindən aparılacaq. Təlim pulsuzdur və sonda iştirkaçılara sertifikat təqdim olunacaq.

Ətraflı məlumat üçün: Anar Qasımlı, AZPROMO Biznes və Məlumat Mərkəzinin direktoru; tel: (+99412) 598 01 47, 598 01 48 (x104); GSM: (+99455) 227 03 48; [email protected]

Gülnarə Məmmədova, Cənubi Qafqazda özəl sektorun inkişafı üzrə mütəxəssis, GIZ; Tel: (+ 994 12) 497 80 68 (x40); GSM: (+99450) 286 76 33; [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti