Azərbaycan, Bakı, 22 iyul /Trend/
22 iyul - Milli Mətbuat Günü münasibətilə TuranBank mətbuat nümayəndələri üçün endirimli kredit kampaniyasına başlayıb.
Kampaniya çərçivəsində TuranBank istehlak kreditlərinin illik faiz dərəcəsini 2% endirir. İyulun 22-24 tarixləri aralığında jurnalistlər işdən arayış təqdim etməklə TuranBank-ın istənilən filialında istehlak kreditlərini 2%-lik endirimlə əldə edə bilərlər.
Jurnalistlər üçün kredit faizlərində endirim TuranBank-ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Jurnalistlər üçün kampaniya haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.
TuranBank-ın kredit məhsulları haqqında məlumatla bankın www.turanbank.az saytında tanış olmaq olar.